Sportal.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, ilk hissənin sonlarına yaxın "Forza Neftçi" azarkeş klubu ilə polislər arasında qalmaqal baş verib. Polislər azarkeşləri tribunadan qovaraq stadiondan çıxarıblar. Hətta bir neçə azarkeş polislər tərəfindən bölməyə aparılıb. Bu qalmaqala baxmayaraq, "Neftçi" klubunun rəsmiləri azarkeşlərinə sahib çıxmayıb.