SON DƏQİQƏ Reynaldonun son durumu "Qarabağ"ı sevindirdi ÖZƏL

00:45 - 29 Oktyabr 2015

Futbolçu əməliyyat olunub, amma...
 
"Qarabağ"ın braziliyalı forvardı Reynaldo Silvanın diz bağlarında problem olduğu üçün əməliyyat olunacağı və 6 ay oynamayacağı barədə məlumat vermişdik.
 
Sportal.az Reynaldonun son durumu ilə bağlı özəl məlumat əldə edib. Belə ki, son həkim müayinəsindən sonra forvardın çarpaz bağında hər şey normal olduğu məlum olub. Lakin futbolçu dünən menskdən əməliyyat olunub. Sevindirici xəbər odur ki, braziliyalı 2 aydan sonra fərdi məşqlərə başlaya biləcək.

Xəbər xətti