"Xəzər Lənkəran" rəsmisindən sərt sözlər: "Guya Orxan Əliyevi klubumuz əməliyyat etməyə pul tapmır"

00:56 - 31 Oktyabr 2015

"Amma bu qədər "Xəzər Lənkəran"ın üzərinə getmək, yalan yazmaq....nə isə..."
 
Dünən mətbuatda "Xəzər Lənkəran"ın futbolçusu Orxan Əliyevi əməliyyat etdirməyə pulu olmadığı barədə xəbərlər yayılıb.
 
Sportal.az xəbər verir ki, bu məsələyə  klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu öz "facebook" səhifəsində açıqlama verib:

"Guya zədələnən Orxan Əliyevi klubumuz əməliyyat etməyə pul tapmır.Orxana ölkənin ən sanballı klinikasında, Gömrük hospitalında əməliyyat olunması üçün hər şey hazırlanıb. Futbolçu isə yalnız xaricdə əməliyyat olunmaq istəyir. Bunun üçün də milli futbolçu olduğu üçün AFFA-ya müraciət etmək istəyir. İki gündür klinikada onun yolunu gözləyirlər. Bu ayrı məsələdir. Amma bu qədər "Xəzər Lənkəran"ın üzərinə getmək, yalan yazmaq....nə isə..."

Xəbər xətti