“İnter”in özünəməxsus oyun tərzi var"
Premyer Liqanın XI turunda keçirilən “İnter” – “Zirə” görüşündə qapılara qol vurulmadı.
Sportal.az xəbər verir ki. oyundan sonra "Zirə"nin baş məşqçisi Ayxan Abbasov bunları qeyd edib:
“Azərbaycan çempionatının ən yaxşı komandalarından birinə qarşı oynadıq. “İnter”in özünəməxsus oyun tərzi var. Sıx qrafikdə ardıcıl 3-cü oyunumuzu keçirdik. Əsas məqsəd bu ardıcıl 3 oyunda uduzmamaq idi ki, bunun öhdəsindən gəldik. Məqsədlərimizdən biri özümüzəməxsus oyun tərzi yaratmaqdır. Hər keçən tur bu işdə irəliləyiş olduğunu görürük. “İnter”ə qarşı oyunda da mübarizə apardıq, futbolçulara uduzmamaq hissini aşlamağa çalışırıq. Ümid edirəm ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edəcəyik”.
saytlarin hazirlanmasi