Eddi İsrafilov: "Barselona" kimi komandaya qarşı oyunda istər-istəməz həyəcanlı olursan"

14:06 - 1 Noyabr 2015

"Eybar"a gəlməklə düzgün addım atmışam"

 

Millimizin və “Eybar”ın yarımmüdafiəçisi Eddi İsrafilov “Marca” qəzetinə müsahibə verib.

 

Sportal.az xəbər verir ki, gənc futbolçu “Eybar”dakı durumundan danışıb:

 

“Eybar”a gəlməklə düzgün addım atmışam. Bu komandada öz oyun potensialımı daha da inkişaf etdirəcəyəm. Ötən mövsüm mənim üçün uğursuz oldu və zədədən də əziyyət çəkdim. “Qranada”ya getməklə səhv addım atdığımı fikirləşirəm. Mənim çıxış etdiyim mövqedə çox futbolçu var idi və mən də özümü göstərə bilmirdim. Lakin “Eybar”da hər şey tam fərqlidir. Mən gənc futbolçuyam və sadəcə, səbrli olmalıyam”.

 

Ötən turda “Barselona” ilə “Camp Nou”da qarşılaşan Eddi İsrafilov matç haqda danışıb:

 

“Mənim “Camp Nou”dakı çıxışım birinci dəfə deyildi. "Barselona" kimi komandaya qarşı oyunda istər-istəməz həyəcanlı olursan. Yaxşı oyun nümayiş etdirsək də, səfrdən xalla qayıda bilmədik”.

 

Qeyd edək ki, “Eybar” bu gün saat 15:00-da “Rayo Vallekano”nu qəbul edəcək.

Xəbər xətti