14-cü tur
Bu gün Almaniya II Bundesliqasında 14-cü tura start verilib.
Sportal.az xəbər verir ki, millimizin futbolçusu Dimitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" komandası "Bohum"u qəbul edib. Görüşdə meydan sahibləri Diamantakos, Yamada və Berrinin vurduğu qollarla 3:0 hesabı ilə qələbə qazanıb. Nazarov bu matçda start heyətdə yer alıb və 76-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Karlsrue" 14 turdan sonra 20 xal toplayıb və 9-cu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi