"Belqrad" yenə qələbəyə həsrətdir
Serbiya Super Liqasında 17-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "OFK Belqrad" da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda "Radniçki" ilə qarşılaşıb. Matç Subaşiçin komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Əsas heyətdə meydana çıxan Branimir bu matçın sonunadək meydanda olub.
Qeyd edək ki, "OFK Belqrad" hazırda 15 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi