Komandası məğlub oldu
Serbiya Super Liqasında 17-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, milli komandamızın sabiq hücumçusu Branimir Subaşiçin şərəfini qoruduğu OFK Belqrad da növbəti matçına çıxıb.
Öz meydanında "Radniçki" ilə qarşılaşan paytaxt təmsilçisi 0:2 hesabı ilə məğlub olub. Subaşiç 90 dəqiqə meydanda olsa da, heç nə ilə yadda qalmayıb.
Qeyd edək ki, OFK Belqrad hazırda 15 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi