İnfantino təklif edib
UEFA-nın baş katibi, FİFA prezidentliyinə namizədliyini irəli sürən Gianni İnfantino maraqlı açıqlamalarla gündəmə gəlib.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, İnfantino FİFA prezidenti seçiləcəyi təqdirdə dünya çempionatında çıxış edəcək komandaların sayının 32-dən 40-a yüksəldilməsinə çalışacağını söyləyib. Avropa çempionatında istirakçıların sayının 16-dən 24-ə çatdırılmasının futbola dinamiklik və coşku gətirdiyini qeyd edən İnfatnino dünya çempionatının da genişlənməli olduğunu bildirib.
saytlarin hazirlanmasi
