Pako Alkaser klubunu dəyişə bilər
İngiltərə Premyer Liqasında işləri qaydasında getməyən “Çelsi” hücum xəttini gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, “Çelsi” “Valensiya”nın gənc hücumçusu Pako Alkaseri transfer etmək fikrindədir. 22 yaşlı futbolçunun “Valensiya” ilə 2020-ci ilə qədər müqaviləsi var. Futbolçunun müqaviləsində yer alan bənddə sərbəst qalma qiyməti 80 milyon avrodur.
Qeyd edək ki, Alkaser La Liqada bu mövsüm 10 matçda 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
