Platininin namizədliyi qeydə alınmadı

14:12 - 12 Noyabr 2015

5 nəfərin namizədliyini təsdiqlənib

 

FİFA prezidentliyinə namizədlər təsdiqlənib.

 

Sportal.az xəbər verir ki, seçki komissiyası 5 nəfərin namizədliyini təsdiqləyib. Onların arasında UEFA prezidenti Mişel Platini yoxdu.

 

Komissiya İordaniya şahzadəsi Əli bin Əl-Hüseynə, Asiya Futbol Konfederasiyasının rəhbəri Şeyx Salman bin İbrahim Əl-Xəlifəyə, FİFA-nın keçmiş baş katibi Jerom Şampana, UEFA-nın baş katibi Canni İnfantinoya və CAR-dan olan biznesmen Tokio Sevaleyə seçkilərdə iştirak etmək hüququ verib.

Xəbər xətti