11-ci qol
“Bavariya”nın polşalı hücumçusu Robert Levandovski yeni rekorda imza atıb.
Sportal.az xəbər verir ki, bu mövsüm vurduğu qollarla rekordlara imza atan Levandovski yeni rekorda da imza atıb. Ötən gün yoldaşlıq matçında İslandiya millisinin qapısından iki qol keçirən Levandovski bir il ərzində Polşa yığmasının heyətində 11 qol vuraraq 1974-cü ildə həmin uğura imza atan Qrzeqorz Letonun rekorduna şərik olub.
Polşa yığmasının heyətinə 1 il ərzində ən çox qol vuran oyunçular:
Robert Levandovski - (2015-ci il – 11 qol, ümümumi qol sayı – 34 qol)
Qrzeqorz Lota – (1974-cü il – 11 qol, ümumi qol sayı – 45 qol)
Vlodzimers Lubanşki - (1969-cu il – 10 qol, ümumi qol sayı – 32 qol)
Ernest Vilimovski – (1938-ci il – 10 qol, ümumi qol sayı – 21 qol)
Andrsey Şamarx - (1974-cü il – 10 qol, ümumi qol – 32 qol)
saytlarin hazirlanmasi