Honduraslı futbolçunun ayağı 4 yerdən qırıldı FOTO

19:30 - 18 Noyabr 2015

Meksika ilə matçda

 

2018-ci ildə keçiriləcək Dünya çempionatının Şimali və Mərkəzi Amerika zonası üzrə təsnifat mərhələsinin Honduras – Meksika oyunu zamanı meydan sahiblərinin futbolçusu Luis Qarrido zədələnib.

 

Sportal.az xəbər verir ki, matçın 43-cü dəqiqəsində meksikalı futbolçu ilə mübarizə zamanı zədələnən futbolçu göz yaşları ilə meydanı tərk edib. Oyundan sonra keçirilən tibbi müayinə zamanı 25 yaşlı futbolçunun zədəsinin ciddi olduğu müəyyənləşib. Belə ki, yarımmüdafiəçinin dizi 4 yerdən qırılıb.

 

Qeyd edək ki, qarşılaşma Meksikanın 2 – 0 hesablı qələbəsi ilə başa çatıb.

 

Xəbər xətti