Terror təhlükəsinə görə "Qarabağ"ın rəqibinin oyunu təxirə salındı

18:42 - 21 Noyabr 2015

Qeyri-müəyyən müddətə

 

Avropa Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqibi olan "Anderlext”in ölkə çempionatında matçı baş tutmayacaq.

 

Sportal.az xəbər verir ki, buna səbəb Belçikada terror təhlükəsinin yüksək olmasıdı. Belə ki, bu gün Daxili İşlər Nazirliyi yanında Böhran Mərkəzi terror təhlükəsinin ən yüksək səviyyədə olduğunu bildirərək Peşəkar Futbol Liqasına ölkədə bütün oyunları təxirə salmağı tövsiyə edib. 16-cı turun oyunları qeyri-müəyyən vaxta təxirə salınıb.

 

Qeyd edək ki, "Anderlext" bu turda "Lokeren"lə qarşılaşmalı idi.

Xəbər xətti