"Qəbələ"nin "Mil-Muğan"la ikinci matçı
Bu həftə Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları keçiriləcək. İki gün ərzində 8 cütdə qalib müəyyənləşəcək.
Sportal.az PFL-in rəsmi saytına istinadən üz-üzə gələcək cütlərin ölkə kubokundakı oyunlarının balansını təqdim edir.
Azərbaycan kuboku
1/8 final
02 dekabr (çərşənbə)
“Turan Tovuz” – “İnter” – indiyədək qarşılaşmayıblar
	
	 
“Qarabağ” – “Şəmkir” – 7 oyun, +3=1-3, top fərqi 10-7
12 ildən sonra kubokda yolları kəsişən əyalət klubları 5-ci dəfə üz-üzə gəlir. 7 oyundan ibarət 4 əvvəlki duelin 1-də “Şəmkir”, 2-də “Qarabağ” mərhələ keçibsə, yarışın biri yarımçıq dayanıb. Son 3 qarşılaşmada şəmkirlilər qalib gəlib.
| 1993 | 1/16 final | Qarabağ (Ağdam) - Şəmkir | 5:0, 3:1 | 
| 1994/95 | 1/16 final | Qarabağ (Ağdam) - Şəmkir | 1:0, 0:0 | 
| 2001/02 | 1/4 final | Şəmkir - Qarabağ-Azərsun (Ağdam) | 2:0 | 
| 2003/04 | 1/2 final | Qarabağ-Azərsun (Ağdam) - Şəmkir | 1:2, 0:2 | 
“Neftçala” – “Sumqayıt” – indiyədək qarşılaşmayıblar
“Xəzər Lənkəran” – “Kəpəz” – indiyədək qarşılaşmayıblar
“Neftçi” – “Qaradağ Lökbatan” – 3 oyun, 3=0-0, top fərqi 10-0
Ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə “Qaradağ Lökbatan” 1/8 finalda “Neftçi” ilə qarşılaşacaq. “Ağ-qaralar” əvvəlki 3 oyunda qol buraxmadan qalib gəlib.
| 2009/10 | 1/8 final | Neftçi (Bakı) - Neftçi-İSM (Bakı) | 5:0, 2:0 | 
| 2014/15 | 1/8 final | Neftçi (Bakı) - Qaradağ-Lökbatan | 3:0 | 
AZAL – “Zirə” – indiyədək qarşılaşmayıblar
03 dekabr (cümə axşamı)
“Rəvan” - “Bakı” – 3 oyun, +1=1-1, top fərqi 1-1
3-cü dəfə üz-üzə gələn paytaxt təmsilçilərinin əvvəlki duellərinin taleyi penaltilər seriyasında həll olunub. Hərəyə 1 dəfə qalib gələn rəqiblərin oyunlarındakı balansda da tarazlıqdır.
| 2011/12 | 1/8 final | Bakı - Rəvan (Bakı) | 0:0, p.3:2 | 
| 2013/14 | 1/4 final | Rəvan (Bakı) - Bakı | 0:1, 1:0, pen. 9:8 | 
“Qəbələ” – “Mil-Muğan” – 1 oyun, +1=0-0, top fərqi 2-1
2 ildən sonra yenidən 1/8 finalda qarşılaşan komandaların yeganə duelində Premyer Liqa təmsilçisi qalib gəlib. Lakin həmin görüşdə hər iki komanda qol sevinci yaşayıb.
| 2013/14 | 1/8 final | Mil-Muğan (İmişli) - Qəbələ | 1:2 | 
 
      
                    