Luis Adrianonun Çin klubuna transferi baş tutmadı FOTO

22:15 - 20 Yanvar 2016

"Milan"a qayıtdı
 
"Milan"ın hücumçusu Luis Adrianonun Çinin "Jianqsi Suninq" klubuna transferi baş tutmayıb.
 
Sportal.az xəbər verir ki, braziliyalı hücumçu transferdən son anda imtina edib və "Milan" a qayıtmaq istədiyini bildirib. Bu haqda Ardiano şəxsi "instagram" hesabında foto paylaşaraq Milana qayıtdığını yazıb.
 
Qeyd edək ki, "Milan" Luis Adrianonu "Jianqsu Suninq"ə 14 milyon avroya satmağa razı olmuşdu.
 
 

Xəbər xətti