"Çempionatın bitməyinə çox var"
İtaliya A Seriyasının 21-ci turunda "Napoli" səfərdə "Sampdoria"nı 4:2 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, matçdan sonra neapolluların baş məşqçisi Maurisio Sarri oyun haqda fikirlərini bölüşüb:
"Çempionatın bitməyinə çox var. Düzdür, liderik. Amma bu vəziyyət hər zaman dəyişə bilər. Bu gün layiqli qələbə qazandıq. Futbolçulara təşəkkür edirəm. İquain və Hamşik əsl liderdirlər. Şəxsən mən İquaini Levandovskiyə dəyişmərəm".
Qeyd edək ki, "Napoli" 21 turdan sonra 47 xalla A Seriyasının turnir cədvəlinə başçılıq edir.
saytlarin hazirlanmasi