"Roma" klubunda çıxış edəcək
Stefan El-Şaaravinin karyerasını yenidən İtaliyada davam etdirəcəyi haqda məlumat vermişdik.
Sportal.az xəbər verir ki, müqavilə ilə "Milan"a məxsus olan italiyalı futbolçu "Roma" ilə mövsümün sonuna qədər müqavilə imzalayacaq. 23 yaşlı hücumçu paytaxt təmsilçisində icarə əsasında oynayacaq. Artıq El-Şaaravi müqavilə imzalamaq üçün Roma şəhərinə gəlib.
Qeyd edək ki, El-Şaaravi mövsümün ilk yarısını icarə əsasında "Monako"da keçirib.
saytlarin hazirlanmasi