4 illik müqavilə imzalanıb
İtaliyanın "İnter" klubu heyəti bir futbolçu ilə gücləndirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Milan təmsilçisi "Sampdoriya"nın futbolçusu Ederi Martinsi hetətinə cəlb edib. 29 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, braziliya əsilli forvard bu mövsüm "Sampdoriya"nın heyətində A Seriyasında meydana çıxdığı 19 matçda 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi