"Bu gün hakimlərə təşəkkür edirəm"
	 
	Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.
	 
	Sportal.az xəbər verir ki, ilk oyunlar çərçivəsində paytaxt derbisində “İnter” səfərdə “Rəvan”a 1:2 hesabı ilə uduzub.
	 
	Matçdan sonra "Rəvan"ın baş məşqçisi Bəhmən Həsəov qələbəni belə şərh edib:
	 
	- Əsas hədəfimiz bəzi futbolçulara istirahət vermək idi. Çünki avrokuboklara çıxmaq şansımız çətindi. Bizi əsas maraqlandıran növbəti turdakı “Kəpəz”lə keçirləcək oyundu. Bu gün hakimlərə təşəkkür edirəm. Referilər matçı normal idarə etsə, 1-2 komandadan başqa, bizi heç kim məğlub edə bilməz. “İnter” yüksək səviyyəli komandadı. Növbəti matç çətin olacaq. Səfərdə də bu uğur davam etdirək. 
	 
	- Faizlə dəyərləndirsək, mərhələ adlamaq şansınız nə qədərdi?
	- Bu suala “Kəpəz”lə oyundan sonra cavab verə bilərəm. Futbolçularımızın çoxu xəstələnib. Həmin oyunlarda da itkilərlə üzləşə bilər.
	
	- Ceyhun Abdullayev əvəzlənərkən bir başa soyunub-geyinmə otağına gedti. Bunun səbəbi nədi?
	- Hava soyuq olduğuna görə kurtkasını geyinməyə getmişdi. Sonradan geri qayıtdı.
                      
saytlarin hazirlanmasi