"Udineze" başsız qaldı
İtaliya A Seriya təmsilçisi "Udineze" klubu baş məşqçisi Stefano Kolantuono ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, buna komandanın cari mövsümkü uğursuz çıxışı səbəb olub. A Seriyasının son 11 turunda cəmi bir qələbə qazanan "Udineze" turnir cədvəlinin 16-cı pilləsinə yuvarlanıb.
Nəticədən narazı qalan rəhbərlik Kolantuono ilə yolları ayırmaq qərarına gəlib. Baş məşqçi vəzifəsinə Paulo di Kanionun gətiriləcəyi gözlənilir.
saytlarin hazirlanmasi