İntizam Komitəsinin qərarları
	 
	Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
	 
	Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:
	 
	Azərbaycan kubokunun "Qarabağ" - "Neftçi" final matçının 120-ci dəqiqəsində "Qarabağ"ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.
	 
	Oyunun 120-ci dəqiqəsində "Neftçi"nin futbolçusu Erik Ramos kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.
	 
	Oyunun 120+1-ci dəqiqəsində "Qarabağ"ın futbolçusu Reynaldo Silva kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün iki oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.
                      
saytlarin hazirlanmasi