Fransanın "Nitsa" klubunda gözəl oyunu ilə diqqət çəkən Mario Balotelli "Liverpul"dan ayrılması, "Nitsa" klubu və milli komanda barədə danışıb.
Sportal.az xəbər verir ki, italiyalı açıqlamasında Yürgen Kloppla onu tanıyacaq qədər zaman keçirmədiyini bildirib:
"Yurgen Klopp məni tanımır? Heç mən də onu tanımıram. "Liverpul"a qayıdıb onunla söhbət etdim. Klopp mənə dedi ki, komandada qala bilərəm, amma mən əsas heyət üzvü olmayacam. Mən də “sağ ol, xudahafiz” deyib, ayrıldım".
Balotelli "Nitsa" klubundan və milli komandadan danışıb:
"Nitsa" məni özünə cəlb etdi. Dəniz kənarında yerləşən gözəl şəhərdi. Mən sakit bir yer axtarırdım. İtaliya yığmasına çağırılmamağım da ədalətlidi. İstəyirəm ki, yığmaya yaxşı formada olanda çağırılım".
Qeyd edək ki, Balotelli "Nitsa" forması ilə meydana çıxdığı 5 qarşılaşmada 6 qol vurub.
saytlarin hazirlanmasi