"Barselona"da Messi ilə yeni müqavilə imzalamaq istəyir

17:55 - 19 Dekabr 2016

“Barselona” ulduz futbolçusu Lionel Messi ilə müqavilənin müddətini yeniləmək istəyir.

 

Sportal.az xəbər verir ki, bu, yenin ilk aylarında rəsmiləşə bilər.  Bu barədə məlumatı Kataloniya klubunun vitse-prezienti Jordi Mestre verib.

 

“Biz hələ ki, Messi ilə danışıqlara başlamamışıq. Neymar və Suaresin müqaviləsinin müddətini artıq yeniləmişik. İnanıram ki, 2017-ci ilin ilk 3 ayı ərzində bu məsələ də öz həlini tapacaq” deyə, klub rəsmisi bildirib.

 

Qeyd edək ki, Messinin “Barselona” ilə olan müqaviləsinin müddəti 2018-ci ilin yayında başa çatır.

Xəbər xətti