"Napoli"nin futbolçusu Arkadiuş Milik zədəsini sağaldıb.
Sportal.az xəbər verir ki, 22 yaşlı hücumçu həftəsonu baş tutacaq "Bolonya" - "Napoli" matçında iştirak edə biləcək. Komandanın baş məşqçisi Maurisio Sarri polşalı forvardı oyunun iştirak ərizəsinə salıb.
Qeyd edək ki, yayda 32 milyon avro qarşılığında "Ayaks"dan transfer edilən forvard Polşa - Danimarka (3:2) matçında ciddi zədə almışdı. Qonsalo İquainin gedişindən sonra "Napoli"yə transfer olan futbolçu 9 matçda 7 qol vurub.
saytlarin hazirlanmasi