İngiltərə Premyer Liqasında mart ayının ən yaxşılarının adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, ötən ayın ən yaxşı futbolçusu adına "Everton"un hücumçusu Romelu Lukaku layiq görülüb. Belçika millisinin üzvü Premyer Liqada mart ayında meydana çıxdığı 3 matçda 4 dəfə rəqib qapıçıları məyus edib və həmçinin, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Ayın ən yaxşı baş məşqçisi isə "Bornmut"u çalışdıran Eddi Hau seçilib.
Ayın ən yaxşı qolu mükafatını Andros Taunsend qazanıb. "Kristal Palas"ın üzvünün "Vest Bromviç"ə vurduğu qol ən yaxşı seçilib.