Bu gün keçiriləcək 2 qarşılaşma ilə Azərbaycan Premyer Liqasında II tura yekun vurulacaq.
Sportal.az xəbər verir ki, hər iki görüş əyalətdə baş tutacaq. Günün ilk oyununda "Kəpəz" "Zirə"ni qəbul edəcək. Yevlax şəhər stadionunda oynanılacaq matç saat 17:00-da start götürəcək.
II tura Qəbələdə yekun vurulacaq. Meydan sahibi "Qəbələ" "Sumqayıt"ı sınağa çəkəcək. İlk turda qələbə qazanan bu komandalarının duelinin start fiti saat 20:00-da səslənəcək.
Azərbaycan Premyer Liqası
II tur
20 avqust (bazar)
17:00. “Kəpəz” - “Zirə” - 0:3
Qollar: Nicat Qurbanov, 22, Təmkin Xəlilzadə, 49, 87
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Vüsal Qənbərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Yevlax şəhər stadionu
20:00. “Qəbələ” - “Sumqayıt” 1 - 0
QOL: Tellur Mütəllimov, 40
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu