Tellur Mütəllimov: "Zədəyə görə bir qədər geri qaldım" MÜSAHİBƏ

23:02 - 20 Avqust 2017

Azərbaycan Premyer Liqasının 2-ci turunda "Qəbələ" evdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib.
 
Sportal.az
xəbər verir ki, oyundan sonra meydan sahiblərinə qələbə qazandıran qolun müəllifi olan Tellur Mütəllimov jurnalistlərə müsahibə verib.
 
- Çox sevinirəm ki, qələbədə payım oldu. Bu mövsüm ilk oyunum idi. Çalışacam ki, fürsətlərdən istifadə edim.
 
- İlqar Qurbanov gələndən snra daha az şans qazanmağa başladın. Amma ötən il daim start heyətdə yer alırdın...
- Mən zədəli idim. Son qərar baş məşqçinindir. Amma mən zədəyə görə bir qədər geri qaldım.
 
- “Qəbələ”nin çempionatdakı şanslarını necə dəyərləndirirsən?
- Çempionat yeni başlayıb. Bizi uzun marafon gözləyir. Çox çətin keçəcək. Komandaların hamısı güclüdür. Ötən il isə belə deyildi. Bir neçə zəif klub var idi. Bu il isə hamı başağrı olacaq.
 
- “Qarabağ”dan sonra “Qəbələ”nin çempionluq yolunda əsas rəqibləri hansıdır?
- Demək olar ki, hamısı.
 
- Millidən dəvət gözləyirsənmi?
- Qətərlə oyuna çağırmışdılar. Çağırsalar, sevinəcəm. Dəvət almasam, şansımı gözləyəcəm.
 
- Növbəti tur “Qarabağ”a qarşı oynayacaqsınız...
- “Qarabağ” güclü komandadır. Yaxşı hazırlaşacağıq.

Xəbər xətti