Əliyar Ağayev Topaz Premyer Liqasının növbəti 3 turunu buraxacaq.
Sportal.az xəbər verir ki, buna səbəb FİFA referisinin 2-ci turda buraxdığı səhvlərə görə cəzalanmasıdı.
Qəbələdə eyni adlı komandanın “Sumqayıt”la görüşündə xətalara yol verən Ağayev bir də ən yaxşı halda 6-cı turda oyunlara təyinat alacaq. O, sözügedən qarşılaşmada “Qəbələ” oyunçularının bir neçə epizodda aşkar kobudluğa məruz qalmağına baxmayaraq, davam işarəsi verimşdi.
Qeyd edək ki, ABŞ-ın viza lotoreyası olan "Green Card"ın qalibi olan Ağayev dünən adıçəkilən ölkəyə yola düşüb. (Futbol11.az)
saytlarin hazirlanmasi