Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkatması keçirilib.
Sportal.az xəbər verir ki, püşkatmada 32 komanda yer alıb. 22 komanda qruplara birbaşa vəsiqə əldə edib. 10 komanda isə turnirə pley-off mərhələsini adladıqdan sonra qoşulub. Komandalar 4 səbətə bölünəcək və 8 qrup müəyyənləşəcək. Bir komanda öz səbətində yer alan və öz ölkəsini təmsil edən klubla qarşılaşa bilməz.
Qrup oyunlarının ilk turu 12-13 sentyabr tarixlərində keçiriləcək.
“Qarabağ” püşkatmada 4-cü səbətdə yer alıb. Komandamız C qrupunda "Çelsi", "Atletiko" və "Roma" klubları ilə mübarizə aparacaq.
Çempionlar Liqasının qrup mərhələsinin püşkü:
A qrupu
"Benfika" (Portuqaliya)
"Mançester Yunayted" (İngiltərə)
"Bazel" (İsveçrə)
MOİK (Moskva, Rusiya)
B qrupu
"Bavariya" (Almaniya)
PSJ (Fransa)
"Anderlext" (Belçika)
"Seltik" "(şotlandiya)
C qrupu
"Çelsi" (İngiltərə)
"Atletiko" (İspaniya)
"Roma" (İtaliya)
"Qarabağ" (Azərbaycan)
F qrupu
"Şaxtyor" (Ukrayna)
"Mançester Siti" (İngiltərə)
"Napoli" (İtaliya)
"Feyenoord" (Hollandiya)
E qrupu
"Spartak" (Moskva, Rusiya)
"Sevilya" (İspaniya)
"Liverpul" (İngiltərə)
"Maribor" (Sloveniya)
G qrupu
"Monako" (Fransa)
"Portu" (Portuqaliya)
"Beşiktaş" (Türkiyə)
"Leyptsiq" (Almaniya)
D qrupu
"Yuventus" (İtaliya)
"Barselona" (İspaniya)
"Olimpiakos" (Yunanıstan)
"Sportinq" (Portuqaliya)
H qrupu
"Real" (İspaniya)
"Borussiya" (Dortmund, Almaniya)
"Tottenhem" (İngiltərə)
APOEL (Kipr)
saytlarin hazirlanmasi