Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ"ın transfer hədəfində olan İtaliyanın "Palermo" klubunun futbolçusu Karluş Embalu barədə komandası qərar verib.
Sportal.az xəbər verir ki, qvineya bissaulu hücumameyilli yarımmüdafiəçi siciliyalılardan ayrılmayacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. "Qarabağ"la yanaşı, "Breşiya" və "Peskara"nın da hədəfində olan futbolçu bu mövsüm "Palermo"da qalacaq. Klub rəhbərliyi Embalunu satmaq və icarəyə vermək niyyətində deyil.
Karluş Embalu ötən mövsüm A Seriyasında 12 oyunda forma geyinib. "Palermo" isə B Seriyasına düşüb.
saytlarin hazirlanmasi