“Azarkeşlərimiz möhtəşəm gecələrə şahidlik edəcəklər. Çünki Antonio Konte və Dieqo Simeone kimi məşqçilərin komanalarına qarşı oynayacağıq. “Qarabağ” haqda isə geniş məlumatım yoxdu”.
Sportal.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının C qrupunda "Qarabağ"la eyni qrupda yer alan "Roma"nın kapitanı Daniele De Rossi söyləyib.
İtaliya mətbuatına danışan təcrübəli yarımmüfaiəçi ölüm qrupunda yer aldıqlarını bildirib:
“Bir az üzgünük. Çünki ölüm qrupunda yer almışıq. Amma bir tərəfdən də sevinirik ki, güclü, səviyyəli klublarla qarşılaşacağıq. Bu səbəbdən də içimizdə böyük həvəs var. Bu, bizi ruhlandırır. Azarkeşlərimiz əsl tamaşaya şahidlik edəcəklər. Çempionlar Liqasına ciddi hazırlaşacağıq. Həyəcanlı, maraqlı və ciddi qrupdayıq. İki həftə sonra möhtəşəm macəraya start verəcəyik”.
“Canavarlar”ın kapitanı bu yay “Çelsi”yə transfer olan sabiq futbolçuları Antonio Rüdiqer və italiyalı mütəxəssis Antonio Konte barədə danışıb:
“Konte düyanın ən güclü çalışdırıcılarından biridir. O, bunu son bir neçə il ərzində sübut etdi. Rüdiqer isə dünanın ən yaxşı müdafiəçilərindəndir. Bizim onunla gözəl xatirələrimiz var. Rüdiqerə böyük hörmətimiz var. Buna baxmayaraq, “Çelsi”nin qarşısını kəsmək üçün əlimizdən gələni edəcəyik”.
“Atletiko” barədə danışan De Rossi bunları vurğulayıb:
“Kifayət qədər yaxşı komanda ilə mübarizə aparacağıq. Maraqlı və çətin rəqibdir. Keyfiyyətli oyunların olacağı indidən bəllidir. Dieqo Simeone son illər dünyada adından söz etdirən məşqçilərdən biridir. O, güclü komanda formalaşdırıb və inanılmaz nəticələr qazanıb. “Atletiko” “Real” və “Barselona” ilə İspaniyada əla rəqabət aparır. Bir sözlə, Simeone sevdiyim məşqçidir və bu oyunu səbirsizliklə gözləyirəm”.
İtaliya millisinin 34 yaşlı futbolçusu “Qarabağ” haqda məlumatının az olduğunu bildirib:
“Qarabağ” haqda məlumatım olmasa da, bunu nəzərə almalıyıq ki, qrup mərhələsinə qədər gələn komanda zəif ola bilməz. Deməli, bizə tanış olmayan rəqibin yaxşı keyfiyyətləri var”.
saytlarin hazirlanmasi