"Arsenal"ın hücumçusu Olivye Jiru qış transfer pəncərəsində komandadan ayrıla bilər.
Sportal.az xəbər verir ki, bu barədə futbolçunun agenti Maykl Manuello məlumat verib. Agent açıqlamasında bildirib ki, Jiru qışda komandanı tərk edə bilər:
"Təklifləri dəyərləndirəcəyik. Ən önəmli olan təklifin necə olması və qarşı tərəfin proyektləridir. Əlbəttə, çox komandalar Olivyeni heyətinə cəlb etmək istəyir. Klublar hücumçu axtarır, bizə müraciət çox olacaq".
Qeyd edək ki, Jiru bir müddət əvvəl Fransanın heyətində dünya çempionatına yollanmaq üçün daha çox oynamalı olduğunu və bu səbəbdən komandadan ayrılmağı düşündüyünü demişdi.
Əlavə edək ki, 31 yaşlı forvard 2012-ci ildə Fransanın "Monpelye" klubundan "topçular"a keçmişdi.
saytlarin hazirlanmasi