"Keşlə"nin hücumçusu Amil Yunanovun Sportal.az-a müsahibəsi.
- İlk turda debütant "Sabah"la qarşılaşacaqsız. Bu görüşdə şanslarınızı necə dəyərləndirirsən?
- Yeni yaranmış komandaya qarşı oynayacağıq. Bizi çox çətin oyun gozləyir. Rəqibimiz çox istəkli kollektivdir. Evdə oynayacağıq. Bu səbəbdən də qələbə qazanaraq, mövsümə yaxşı başlamaq istəyirik. Şanslar bərabərdir, indi zəif komanda yoxdur.
- Komanda Avropa Liqasındakı uğursuzluğu unuda bilibmi?
- Futboldur, belə hallar olur. Çətin də olsa, o oyunu yaddan çıxarmışıq. Bizi yeni bir marafon gözləyir. Bütün fikrimiz bu yolda olmalıdır.
- Yeni baş məşqçi ilə münasibətin necədir? Necə oyun stilini sevir?
- Hər şey normaldır. Öz taktiki sxemi var. Əsasən, taktiki gedişlərə daha çox üstünlük verir.
- "Keşlə"yə uyğunlaşmısan?
- Çalışıram ki, tez bir zamanda komandaya uyğunlaşım. "Keşlə"yə yeni gələndə çox çətinlik çəkdim. İndi hər şey qaydasına düşür.
- "Keşlə"də sənə ümidlər böyükdür. Bu mövsüm özünün və komandanın hədəfləri barədə danışardın.
- Çox inanıram ki, bu mövsüm həm mənim, həm də komandam üçün yaxşı keçəcək. Komandanın hədəfləri yuxarı pillələr uğrunda oynamaq olacaq. Mənim qarşımda bir məqsəd var və ona çatmaq üçün çox çalışmalıyam.
saytlarin hazirlanmasi