"Neftçi"nin hücumçusu Mirabdulla Abbasov Topaz Premyer Liqasının I turunda "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibə verib.
Sportal.az mövsümün ilk qolunun müəllifi olan forvardın müsahibəsini təqdim edir:
- Çox sevinirəm ki, çempionatda ilk qola mən imza atdım. Ən vacib olan qələbə qazanmaq idi. Qol vurmağımdan da bu daha önəmlidir. Hücumçu kimi üzərimə belə bir vəzifə düşür. Çox şadam ki, qolumla komandamın qələbəsində pay sahibi oldum".
- Bu qol bir hücumçu kimi sənə necə təsir etdi? Komanda da "Mən də varam" dedin?
- Əlbəttə. Hücumçuya qol vurmaq psixoloji cəhətdən kömək edir. Bu da mənə yaxşı təsir etdi".
- "Neftçi"nin parlaq oynadığını demək olmaz. Qələbəni layiqli hesab edirsən?
- Fikrimcə qələbəyə layiq idik. Hələ çempionat təzə başlayıb. İndidən nəsə söyləmək tezdir. Oyundan-oyuna daha yaxşı formada olacağıq.
- Start heyətdə yer alacağını nə vaxt bildin?
- Oyundan bir gün qabaqdan bilirdim. Məşqdə anlamışdım ki, start heyətdə olacam.
- Səni oyunun qəhramanı saymaq olar?
- Bunu bilmirəm, deyə bilmərəm. Hamının payı var. Özümü qəhraman hesab etmirəm. Üzərimə düşən qol vurmaq idi və buna nail oldum.
saytlarin hazirlanmasi