"Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı YENİLƏNİB

22:48 - 14 Avqust 2018

Bu gün Çempionlar Liqasında  3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” ilk oyunda 0:1 hesabıyla uduzduğu səfərdə Belarusun BATE klubunun qonağı olub. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bu nəticə ilə "Qarabağ" Çempionlar Liqası ilə vidalaşıb.

 

BATE ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV komandası ilə qarşılaşacaq.

 

"Qarabağ" isə Avropa Liqasının pley-offunda "Şerif" (Moldova) - "Valyur" (İslandiya) komandalarının qalibi ilə üz-üzə gələcək.

 

14 avqust

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

 

21:00 BATE - "Qarabağ" - 1:1

Qollar: Mirko İvaniç, 20 - Miçel, 54

Qırmızı vərəqə: İnnosent Emeqara, 77 ("Qarabağ")

Baş hakim: Andris Treymanis

Yan xətt hakimləri: Haralds Qudermanis, Alekseys Spasyonņikovs

Dördüncü hakim: Aleksandrs Qolubevs (hamısı Latviya)

Hakim-inspektor: Françesko Byanki (İsveçrə)

UEFA nümayəndəsi: Giorgos Fantaros (Cənubi Kipr)

"Borisov Arena"

İlk oyun: 1-0

Xəbər xətti