Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” ilk oyunda 0:1 hesabıyla uduzduğu səfərdə Belarusun BATE klubunun qonağı olub. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bu nəticə ilə "Qarabağ" Çempionlar Liqası ilə vidalaşıb.
BATE ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV komandası ilə qarşılaşacaq.
"Qarabağ" isə Avropa Liqasının pley-offunda "Şerif" (Moldova) - "Valyur" (İslandiya) komandalarının qalibi ilə üz-üzə gələcək.
14 avqust
Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
BATE - "Qarabağ" - 1:1
Qollar: Mirko İvaniç, 20 - Miçel, 54
Qırmızı vərəqə: İnnosent Emeqara, 77 ("Qarabağ")
saytlarin hazirlanmasi