Rusiyanın "Krılya Sovetov" klubu yeni transferi Ramil Şeydayevi PFL-ə sifariş edib. Millimizin üzvü 11 nömrəli forma altında Samara təmsilçisində çıxış edəcək.
Sportal.az xəbər verir ki, PFL-in rəsmi saytı Ramili Rusiya vətəndaşı kimi təqdim edib. Klubun rəsmi saytında isə 22 yaşlı forvard Azərbaycan vətəndaşı kimi qeyd edilib. "Zenit"in yetirməsinin PFL-in saytında Rusiya vətəndaşı kimi göstərilməsi millimizdən imtina etməyi anlamına gəlir. Lakin burada texniki səhv də ola bilər. Bu səbəbdən də Şeydayevin məsələsi hazırda müəmmalıdır.
Qeyd edək ki, Şeydayev milli komandamızda 14 oyun keçirib və 1 qol vurub. Forvard yay transfer dönəmində "Trabzonspor"dan "Krılya Sovetov"a keçib. O, daha öncə "Jilina" və "Qarabağ"da icarə əsasında çıxış edib.