Bu gün Topaz Premyer Liqada ikinci tura yekun vurulub.
Sportal.az xəbər verir ki, günün ilk oyununda "Neftçi" "Qəbələ"ni qəbul edib. və 2:1 hesabı ilə qələbə qazanıb. "Ağ-qaralar" 6 xalla turnir cədvəlinə başçılıq edir.
Günün digər qarşılaşmasında isə Premyer Liqanın debütantı "Sabah" öz meydanında "Sumqayıt"ı qəbul edib. Qonaqlar 4:1 hesablı qələbə ilə ilk xallarını qazanıblar.
19 avqust (bazar)
Topaz Premyer Liqası, II tur
18:30 “Neftçi” – “Qəbələ” - 2:1
Qollar: Baqali Dabo, 36, Dario Frederiko, 48 - Rauf Əliyev, 85
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Rövşən Əhmədov
“Dalğa Arena”
20:30 “Sabah” – “Sumqayıt” - 1:4
Qollar: Marko Deviç, 10 - Nicat Qurbanov, 18, Elvin Məmmədov, 33 (pen.), Şəhriyar Əliyev, 44, Ülvi İsgəndərov, 84
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhəmədov
Hakim-inspektor: Şahin Cəfərov
“Əlincə Arena”
saytlarin hazirlanmasi