"Neftçi"nin hücumçusu Dario Frederiko Topaz Premyer Liqasının 2-ci turunda "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibə verib.
Sportal.az xəbər verir ki, braziliyalı öncə qələbəni şərh edib:
- Ötən həftədən yaxşı hazırlaşırdıq. Baş məşqçimizin tapşırıqları üzrə oynadıq. Məncə, bu, yaxşı alındı. Gözəl oyun nümayiş etdirdik və qələbə qazandıq.
- Vurduğun qol barədə nə deyə bilərsən?
- Mənim üçün böyük bir sevinc hissidir ki, “Neftçi” formasıyla qol vurdum. Çalışacam belə davam edim və qollarımı sıralayım.
- Avropa Liqasındakı uğursuz çıxışdan sonra sənin “Neftçi” səviyyəsinə uyğun gəlməyən futbolçu kimi görürdülər.
- Öz gücümə, oyunuma bələdəm. Nəyə qadir olduğumu bilirəm. Bu deyilənlərə fikir vermirəm. Sözümü meydanda deyirəm.
- Matçın sonunda azarkeşlər növbəti turda “Qarabağ”a qalib gəlməyinizi istədilər. Həmin anları necə şərh edərdin?
- Əlbəttə, azarkeşlər bizi dəstəkləyirlər. Onlara təşəkkür edirəm. Üzərimizdə ciddi işləyəcəyik. Çünki bizi güclü komanda gözləyir. Çalışacağıq ki, müsbət nəticə qazanaq.
- “Neftçi” “Qarabağ”ı məğlub etsə, çempionluğa daha da iddialı ola bilər?
- Çempion olmaq istəyiriksə, oyundan-oyuna qalib gəlməli, gözəl oyun nümayiş etdirməliyik. İnşallah, bu oyunda istədiyimiz nəticəni əldə edərik.
saytlarin hazirlanmasi