Millinin Yunanıstanla oyunu canlı yayımda

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində millimizin yer aldığı 3-cü qrupda keçiriləcək Azərbaycan - Yunanıstan oyunu CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.

 

Sportal.az xəbər verir ki, aprelin 14-ü Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.


Aktivində 13 xal olan millimiz 3-cü qrupun lideridir və gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. İndiyə qədər millimiz 5 dəfə (2010, 2012, 2014, 2016 və 2018-ci illərdə) qitə birinciliyinin həlledici mərhələsində iştirak edib.  

 

Tarix: 12 Aprel [16:53]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 May 2021
15  May 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio