Azərbaycandan sonra Slovakiya

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində millimizin yer aldğı 3-cü qrupda bu gün bir oyun keçirilib.

 

Sportal.az xəbər verir ki, Moldova doğma meydanda Slovakiya futzalçıları ilə qarşılaşıb. Oyun qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Yekunda xallarının sayını 11-ə çatdıran Slovakiya yığması qrup ikincisi kimi qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanıb.

 

İndiyə qədər bu komandalar final mərhələsində itşirakını rəsmiləşdirib: Azərbaycan, Bosniya və Herseqovina, Xorvatiya, İtaliya, Qazaxıstan, Portuqaliya, Rusiya, İspaniya, Finlandiya, Gürcüstan, Slovakiya, Sloveniya, Niderland.

 

Tarix: 13 Aprel [21:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 May 2021
15  May 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio