"Legiya"nın baş məşqçisi: "Jikiya Emreliyə görə çox qaçmalı idi"

12:27 - 16 Sentyabr 2021

“Legiya”nın baş məşqçisi Çeslav Mixneviç Avropa Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində “Spartak” üzərində qələbədən danışıb.

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis millimizin hücumçusu Mahir Emrelinin Moskva klubuna qarşı oyununndan toxunub:

"Hücumda bizə daha çox seçim verən dəyişikliklər etdik. Muçi və xüsusən də komandaya yeni qoşulan Lirim Kastratinin bizə daha çox xeyir verəcəyini gözləyirdik. Bilirdik ki, Jikiya bilər. Çünki o, Mahir Emreliyə görə çox qaçmalı idi. O, yaxşı oynadı. Məhz bu məqam Kastratini meydana buraxmaq üçün ideal an idi.

Lukinyas və Emreli, Pekxartla Muçinin meydana çıxması üçün gözəl zəmin yaradan iş gördü. Bəzi dəyişikliklər etmək qərarına gəldik. Bu da özünü doğrultdu. Onlar əla oyun oynadı, qol da vurdular və çox razıyıq".

Xəbər xətti