Vüsal meydana daxil oldu, komandası "come back" etdi

16:43 - 28 Noyabr 2021

Türkiyə 1-ci liqasında 14-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Vüsal İsgəndərlinin formasını geyindiyi "Keçiörəngücü" bu tur lider "Ümraniyəspor"u qəbul edib. 

Hesab 2:1 qonaqların üstünlüyü ilə davam edərkən 56-cı dəqiqədə meydana daxil olan azərbaycanlı futbolçu komandasının 3:2 hesablı qələbəsində pay sahibi olub.

Hazırda Vüsalın komandası 173 xalla 17-ci pillədədi.

Xəbər xətti