“Səbail”in hücumçusu Nikolas Raysel Sportal.az saytına müsahibə verib. Paytaxt klubunun legioneri ötən mövsüm formasını geyindiyi "Qəbələ" haqda da fikirlərini bildirib:
- “Sumqayıt”la matçda qırmızı vərəqə ilə cəzalandırıldıqdan sonra oynamırsan. Yəqin ki, oynamaq üçün darıxmısan?
- Təbii ki, komandadan kənar qalmaq və onların hər həftə mənsiz qaldığını görmək çətindi. Komandama çətin günlərdə kömək olacağıma inanıram. Amma fərdi şəkildə işləməyə davam edirəm. Ki, fiziki durumumu saxlayıb, yaxşı durumda qalım.
- Baş hakimlər çempionat matçlarında tez-tez səhvlərlə yadda qalır və tənqid edilir. Sizcə, bu nədən irəli gəlir?
- Hakimlər haqda danışmağı heç istəmirəm. Hər birimiz səhv edə bilərik. Bu futboldur. Hətta mən özüm “Sumqayıt”la oyunda səhv etmişdim.
- Komandanız hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Sizcə, bu nəyə görə belə oldu, problem nədədi?
- Kart cəzalılarımız var idi. Bizim çox futbolçumuz yoxdu. Hamı ilə mübarizə aparmalı və işləməyə davam etməliyik. Bundan əvvəlki turlarda, daha dəqiq desəm, “Qarabağ”la oyunda sübut etmişdik ki, yaxşı işlər görməyə qadirik.
- Bu komandaya gəldiyinə görə peşman deyilsənki?
- Xeyr, bura gəldiyimə görə peşman deyiləm. Mən oynamaq istəyirdim. "Səbail" də həmin vaxtı mənə bu fürsəti verdi. Təbii ki, lap yaxşı olmaq istəyərdim. Çünki öz keyfiyyətlərimi bilirəm, birlikdə oynadığım oyunçular da mənim keyfiyyətlərimi bilir. Amma hər oyunda ən yaxşı olduğumu göstərməliyəm.
- “ASCO Arena”nın ot örtüyünün bərbad durumda olduğunu deyir bir çox futbolçular. Zədələnməkdən qorxursuz?
- Hər zaman sünii örtüklü meydança görəndə qorxuram. Doğrudu, meydançamız fəlakətli durumdadı. Həqiqətən pis durumdadı. Hər gün eyni məşqləri də orada etməlk çətindi. Di gəl ki, seçim şansımız da yoxdu, işləməyə davam etməliyik.