"Roma"nın yarımmüdafiəçisi Henrix Mxitaryan mövsümün sonunda komandanı tərk edəcək.
Sportal.az xəbər verir ki, klub 33 yaşlı yarımmüdafiəçi ilə müqaviləni yeniləmək niyyətində deyil. Henrix ildə 3 milyon avro qazanır - klubun müqaviləni yeniləməmək qərarının səbəblərindən biri də budur.
Ermənistanlı futbolçu 2019-cu ilin yayından "Roma"da çıxış edir. Onun paytaxt klubu ilə müqaviləsi yayda başa çatır.