22 yaşadək boksçulardan ibarət milli komanda Azərbaycan tarixində yeni səhifə açmaqda davam edir.
Sportal.az xəbər verir ki, Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında yarımfinala yığmanın 4 üzvünün vəsiqə qazanması ilə medal sayında rekord təkrarlanmışdısa, bir gün öncə daha bir uğurlu seriya davam etdirilib.
Boksçularımızdan Nicat Hüseynov (51 kq) və Ruslan Qədirov (54 kq) yarımfinal döyüşlərini də qələbə ilə başa vuraraq, finala vəsiqə qazanıblar. Onlar uğurlu çıxış sayəsində həm çempionluğa bir addım yaxınlaşıb, həm də Azərbaycan xalqına və bokssevərlərə əsl Novruz bayramı hədiyyəsi ediblər. Növbəti döyüş hər iki təmsilçimiz üçün xüsusi önəm daşıyacaq. Onların hər ikisi çıxışını qələbə ilə başa vuracaqları halda, U-22-lərin Avropa çempiodünya çempionatınınnatında ilk dəfə 2 qızıl medala sahib olacağıq. Bu isə Azərbaycan boks tarixinə ilk kimi düşəcək.
Komandamız artıq 2 bürünc medalı rəsmiləşdirib. Böyük məşqçi Nəriman Abdullayevin rəhbərlik etdiyi millinin heyətində Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) 3-cü yeri tutublar.
Poreçdə keçirilən Avropa çempionatında final qarşılaşmaları martın 23-də olacaq. Həmin gün Nicat Hüseynov gürcüstanlı Lekso Xasaya ilə, Ruslan Qədirov türkiyəli Samet Gümüşlə döyüşəcək.

Azərbaycan boksçuları Avropa çempionluğunun bir addımlığında
çm
Oxşar xəbərlər
Boks
Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başladı
Boks
Azərbaycan boksçusu Olimpiya Oyunlarında gümüş medal qazandı
Boks
Azərbaycan boksçularının Avropa çempionatlarında medal sayı 25-ə yüksəldi
Boks
Teymur Tanrıverdiyev Trabzonda Avropa çempionu adını qazandı
Boks
Azərbaycanın daha 7 boksçusu AÇ-də növbəti mərhələyə yüksəldi
Boks
Türkiyədə Avropa çempionatında 21 boksçumuz iştirak edəcək
Boks
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni dövr başlayır – rəhbərlik yenilənib
Boks
