Aprelin 13-də Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyi start götürəcək.
Sportal.az xəbər verir ki, 10 gün davam edəcək yarışda Azərbaycan millisi oğlanların mübarizəsində tam heyətlə qüvvəsini sınayacaq.
Bakıda və Ərzurumda keçirilən təlim-məşq toplanışlarına əsasən baş məşqçi Elbrus Rzayev qitə birinciliyində Kənan Babayev (48 kq), Amin Məmmədzadə (51 kq), Kamil Babayev (54 kq), Arif Bayramov (57 kq), Aslan Quliyev (60 kq), Zaur Qəhrəmanov (63,5 kq), Səid Abdullayev (67 kq), Daniel Xolostenko (71 kq), Ənvər Babayev (75 kq), Sərxan Budaqov (80 kq), Fətəli İsmayılov (86 kq), Məmməd Quliyev (92 kq) və Səbuhi Əlizadəyə (+92 kq) şans verəcək. Yığma Sofiyaya aprelin 11-də Türkiyədən yola düşəcək. Komandaya rəhbərliyi İdarə Heyətinin üzvü Rövşən Hüseynov edəcək.
Bakıdakı hazırlığın ardınca Ərzuruma yollanan milli buradakı məşqləri aprelin 10-da bitirəcək. Türkiyə və Əlcəzair yığmaları ilə birgə toplanışda olan komanda bu gündən bərpaedici məşqlərə start verib.

Azərbaycanı Avropa çempionatında təmsil edəcək heyət müəyyənləşdi
şç
Oxşar xəbərlər
Boks
Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başladı
Boks
Azərbaycan boksçusu Olimpiya Oyunlarında gümüş medal qazandı
Boks
Azərbaycan boksçularının Avropa çempionatlarında medal sayı 25-ə yüksəldi
Boks
Teymur Tanrıverdiyev Trabzonda Avropa çempionu adını qazandı
Boks
Azərbaycanın daha 7 boksçusu AÇ-də növbəti mərhələyə yüksəldi
Boks
Türkiyədə Avropa çempionatında 21 boksçumuz iştirak edəcək
Boks
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni dövr başlayır – rəhbərlik yenilənib
Boks
