"Şamaxı" Azərbaycan Premyer Liqasının sonuncu turunda səfərdə "Zirə" ilə 0:0 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında bölgə təmsilçisinin baş məşqçisi Rüstəm Əliyev açıqlama verib:
"Zirə"ni bürünc medal münasibətilə təbrik edirəm. Konfrans Liqasına vəsiqə qazandılar, kubokun da finalındadırlar. Onlara uğurlar arzulayıram. Kimə qarşı oynadığımızı bilirdik. Rəqib üçüncü yeri tutub. Ağır oyun olacağını bilirdik. Komandamızda psixoloji durum çox pis idi. Ardıcıl məğlubiyyətlər futbolçulara da təsir edirdi. Həftə ərzində futbolçulara tapşırmışdıq ki, özlərinə inamları olsun. Çıxıb döyüşmək lazım idi. Bizə bu gün bu lazım idi. Futbolçularım da bunu etdilər. Onları da təbrik edirəm. Komandama da uğurlar arzu edirəm".
Elçin Əlixan
saytlarin hazirlanmasi