Rusiya klubu azərbaycanlı futbolçunu geri qaytarır

11:40 - 24 May 2022

Ayaz Quliyev "Rostov"a qayıtmağa hazırlaşır.

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, əslən azərbaycanlı olan futbolçu sabiq klubunun maraq dairəsindədi.

Quliyevin son mövsüm formasını geyindiyi "Arsenal" Rusiya Premyer Liqasını tərk edib.

Yarımmüdafiəçi birinci divizionda oynamaq istəmədiyindən Premyer Liqa klubları ilə danışıqlara başlayıb. Onun "Rostov"a qayıtması əsas variantdı.

Quliyev 2018/19 mövsümündə "Rostov"da çıxış edib.

Xəbər xətti